Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat

16:20 - 15.02.2018


15 fevral, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin  yeni sədr müavini  təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə, Rüfət Rüstəmzadə Qida Təhlükəsizliyi Agentliyinin  sədr müavini  təyin edilib.

Rüfət Rüstəmzadə 1975-ci ildə Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Rüfət Rüstəmzadə əmək fəaliyyətinə 1996-cı ildə başlayıb.

 

 

Bütün xəbərlər