Ölkədə müddəti uzadılan qadağalar – Siyahı

14:17 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarla bir sıra qadağalar qüvvədə saxlanılıb.

Belə ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər