Bu yaş qrupundakı insanlar yaşayış yerlərini tərk etməməlidir – Tövsiyə

14:23 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

ABC.AZ xəbər verir ki, bu Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər