İndi gündəlik 13 min test etmək olur - TƏBİB rəsmisi

15:14 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədəki yoluxma ilə bağlı Operariv Qərərgahın brifinqi keçirilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə TƏBİB-in department müdiri Yaqut Qarayeva bəzi məsələlərə aydınlıq gətirib.

O qeyd edib ki, xəstəlik yeni yayılanda gündəlik maksimum 5 min test etmək mümkün idi.

O bildirib ki, bununla bağlı əlavə işlər görülüb: “Bütün regionlarda laboratoriyalar quraşdırılıb. İndi gündəlik 13 min test etmək olur. Hazırda süni tənəffüs aparatında 45 xəstə müalicə alır”.

 

Bütün xəbərlər