On ayda TANAP-la Türkiyəyə 3,7 milyard kubmetr qaz ixrac olunub – Hesabat

15:38 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. 2020-ci ilin on ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, qaz hasilatının 9,7 milyard kubmetri AÇG-dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub. Sözügedən dövrdə xaricə qaz satışı 10,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Cari ilin 10 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 faiz çox, yəni 9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,8 milyard kubmetr olub.

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər