Azərbaycan Prezidenti İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb

15.02.2018,16:40


15 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşüb.

Dövlət başçısı görüşdə vurğulayıb ki,  Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq.

Prezident İlham Əliyev qeyd edib ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

İvan Skalfarotto öz növbəsində Azərbaycan-İtaliya  əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini  vurğuladı.

 

 

Açar sözlər: İtaliya