Açıq havada maska taxmayanlar cərimələnəcəklər – Məbləğlər

16:58 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Noyabrın 21-dən etibarən açıq havada maska taxmayanlar 100 manat cərimə ediləcək.

ABC.AZ-ım məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda nəzərdə tutulub.

Qərarın birinci bəndində qeyd edilib ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Qərarın ikinci bəndində bildirilir ki, bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bu tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

 

Bütün xəbərlər