330x100
 

Azərbaycandakı İsveçrə şirkəti Mərkəzi Asiya bazarına daxil olur – İxrac başlayır

19.11.2020,17:05


19 noyabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən İsveçrənin kimya sənayesi şirkətinin törəməsi SİKA MMC Azərbaycan vasitəsilə Mərkəzi Asiya bazarına daxil olur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında şirkətin baş direktoru Adəm Yayla məlumat verib.

"Bu həftə Özbəkistana 12 min manat dəyərində sement tərkibli quru qarışıqlar göndərəcəyik. Lakin gələcəkdə oradan yenə də təkliflər gözləyirik. İxracın dəyərini ilkin olaraq 300-400 min manata, tədricən isə 2-3 milyon manata çatdıra bilərik ki, bu da Azərbaycan iqtisadiyyatına töhfə verəcək. Paralel olaraq Azərbaycandan Gürcüstana ixrac barədə də danışıqlar aparırıq”, - o qeyd edib.