Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirildi – Foto

17:18 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avtonəqliyyat vasitəsınin 16-sı artıq Bakıya gətirilib.

ABC.AZ xəbər verir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, qalanları da ilin sonuna kimi gətiriləcək.

Qeyd olunub ki, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib.

 


Bütün xəbərlər