Agentlik fermerlərə çağırış etdi – Subsidiyaları tez almaq üçün bu şərtə əməl edin

17:26 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Fermerlər payızlıq əkin bəyanlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) nə qədər tez yerləşdirsələr, subsidiyaların ödənilməsi ilə bağlı prosedur bir o qədər sürətlə gedəcək.

ABC.AZ xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin fermerlərə müraciətində bildirilir.

"Fermerlərin torpaq sənədləri sistemdə artıq hazırdır. EKTİS-də qeydiyyatdan keçənlər eagro.az saytındakı şəxsi kabinetlərinə daxil olub bu payız mövsümündəki əkinlərini bəyan edə bilərlər.

Qeydiyyatdan keçməyən fermerlər isə əvvlcə qeydiyyatdan keçib, sonra bu proseduru yerinə yetirməlidirlər. Əkin bəyanları noyabrın sonuna qədər başa çatdırılmalıdır.

Daha sonra bu bəyanlar əsasında fermerlər subsidiya məbləğlərini hesablayıb, subsidiya üçün müraciət etməlidir. Əkin bəyanını vaxtında etməyən fermer subsidiya üçün müraciət imkanını qaçıracaq. İnternetə çıxışı olan fermerlər öz şəxsi kompüter və tabletlərindən istifadə etməklə, internetə çıxışı olmayan fermerlər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobuslarına müraciət edərək əkinlərini bəyan edə bilərlər", - deyə qurum bəyan edib.

 

Bütün xəbərlər