Azərbaycan prezidenti Gürcüstanın Baş nazirinin birinci müavini ilə görüşüb

17:13 - 15.02.2018


15 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Gürcüstan uzun illər fəal əməkdaşlıq edirlər.

“Bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir”, - İlham Əliyev belə deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Gürcüstanın bu layihədə iştirakının əhəmiyyətini vurğuladı və bu layihənin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını dedi.

 

 

Bütün xəbərlər