Parlament orden və medalların təsis edilməsi məsələsini müzakirə edəcək – Bu gün

10:10 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, gündəlikdəki məsələlərin sayı 13- ə çatdırılıb.

Belə ki, “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi gündəliyə əlavə edilib.

 

Bütün xəbərlər