WhatsApp-da daha bir yenilik – Videonu göndərəndə səsini söndürə biləcəksiz

10:27 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. “WhatsApp” tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.

ABC.AZ xəbər verir ki, yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq.

Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq.

Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda “WhatsApp” istifadəçilərinin ixtiyarına veriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər