27 illik Ağdam həsrətinə son qoyuldu – XİN rəsmisindən paylaşım

11:10 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tvitter hesabında Ağdamla bağlı paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, o 27 illik Ağdam həsrətinə son qoyulduğunu qeyd edib.

"Vətənimizin füsunkar torpağının geri dönüşü mübarək" deyə L.Abdullayeva yazıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

 

Bütün xəbərlər