Həftəsonları taksilər işləməyəcək – Yekun qərar

11:26 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin uzadılması və bəzi məhdudiyyətlərlə bağlı yaydığı məlumat bəzi anlaşılmazlıqlara səbəb olmuşdu. Belə ki, bəziləri həftəsonu taksilərin işləməyəcəti, bir çoxları isə işləyəcəyini qeyd edirdi.

Operativ Qərərgah məsələ ilə bağlı yekun qərar verib.

ABC.AZ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, Operativ Qərargahın müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər