330x100
 

Dağıdılmış şəhər – Qayıdışın mübarək

20.11.2020,11:56


20 noyabr, Fineko/abc.az. Ağdam rayonu Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

ABC.AZ xəbər verir ki, Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb.

Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir.

Rayonun ümumi sahəsi 1.15 min km2-dir və rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardır. Ağdam rayonunun əhalisi 204000 (01 yanvar 2020-ci il tarixə) nəfər, rayonunun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46569 nəfər təşkil edir. Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91.3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar- 53 ton (o cümlədən buğda- 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb. Rayondakı Taxıl Məhsulları Kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.

Ağdam rayonunun demoqrafik göstəricilərindən: əhalisinin milli tərkibi 2009-cu il siyahıyalınmasına əsasən 99.9 faiz azərbaycanlı, digər 0.1 faizi isə rus, ləzgi, tatar, türk və s. kimi digər millətlərdəndir. Təhsil müəsisələrində təhsil alanların sayı 36.600 nəfər olmaqla əhalinin 18.1 faizini əhatə edib. Ali təhsil müəsisələrində təhsil alanların sayı isə 2431 nəfər olmaqla təhsil müəsisələrində təhsil alanların 6.6 faizini özündə ehtiva edir.