“ASAN xidmət” də həftəsonları işləməyəcək – Açıqlama

12:10 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Xüsusi karantin rejiminin müddətinin 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılması ilə əlaqədar həftəsonları “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində də qeyri-iş günü olacaq.

ABC.AZ-ın məlumatına görə, 21- 22, 28- 29 noyabr və 5-6, 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək.

21- 22 noyabr tarixləri üçün isə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

 

Bütün xəbərlər