330x100
 

Vətəndaşlara Ağdama qayıtmaq üçün köməklik göstəriləcək – Prezident

20.11.2020,12:19


20 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Xalqa müraciətində Ağdam şəhərinin bərpa olunacağını deyib.

ABC.AZ-ın məlumatına görə, dövlət baçısı bununla bağlı baş plan hazırlanacağını bildirib.

O qeyd edib ki, mütəxəssislər cəlb ediləcək, planlı şəkildə işlər görüləcək. "Vətəndaşlara ora qayıtmaq üçün köməklik göstəriləcək. Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək".