330x100
 

Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddət sonra açılacaq – İlham Əliyev

20.11.2020,12:24


20 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ağdamın azad olunması münasibəti ilə xalqı təbrik edib.

ABC.AZ xəbəe verir ki, dövlət başçısı xalqa müraciət zamanı bəzi vacib məqamlara toxunub.

Ölkə başçısı Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrıldığını, gələn il əlavə vəsait ayrılacağını qeyd edib.

"Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək. Əvvəl Şuşaya gedən yol Ağdam-Xankəndi yolu ilə idi. İndi müvəqqəti olaraq belə deyil. Noyabrın 10-da imzalanan bəyanata əsasən bütün kommunikasiyalar bərpa ediləcək. Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddət sonra açılacaq”.