Ermənilər bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər – İlham Əliyev

14:17 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bu gün xalqa müraciətində bir sıra vacib məqamlara toxunub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçıs Ermənistanın İran üzərindən silah götirə bilməməsindən danışıb.

“Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Biz bir dənə də səhv addım atmamışıq. Misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər" deyə İ. Əliyev qeyd edib.

 

Bütün xəbərlər