Prezidentdən Ermənistana ritorik sual -Belə təfəkkürlə necə yaşamaq olar?

14:24 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Ermənistan Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib.

O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib.

"Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?" deyə İ. Əliyev qeyd edib.

 

Bütün xəbərlər