330x100
 

Bundan sonra bu bölgədə Azərbaycanın imkanları genişlənəcək – Prezident

20.11.2020,14:33


20 noyabr, Fineko/abc.az. İndi Ermənistanda daxili böhran hökm sürür.

ABC.AZ xəbər verir ki, bunu Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bu da təbiidir.

"Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib” deyə İ. Əliyev qeyd edib.