Şuşada ilk rəsmi görüş – Azərbaycan və Rusiya tərəfi müzakirələr apardı

15:02 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Bu gün Şuşada Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayevlə Rusiyanın Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyov arasında görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

 

Bütün xəbərlər