Ağdamın nə qədər məktəbi və şagirdi var? – Nazirlikdən statistika

15:43 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. İşğaldan azad olunan Ağdam rayonunun təhsil statistikası açıqlanıb.

Təhsil Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 1992-1993-cü tədris illərində Ağdamda 99 məktəb fəaliyyət göstərib.

Sözügedən dövrdə  məktəblərdə təhsil alan şagirdlərin sayı 29478, müəllimlərin sayı 2966 nəfər təşkil edib. 2020-2021-ci tədris ilində isə Ağdam rayonunda olan məktəblərin sayı 135-dir. Bu təhsil müəssisələrində şagirdlərin sayı 24608, müəllimlərin sayı isə 2997 nəfər təşkil edib.

 

Bütün xəbərlər