On ayda bu qədər alüminium ixrac olunub – Azalma var

16:04 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında 47,2 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 86,7 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin 10 ayında 106,9 milyon dollarlıq 54 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər