Virus bir gündə 41 can aldı – Gürcüstanda koronavirus yoluxması artır

16:49 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Qonşu Gürcüstanda da bu günə olan yoluxma sayında yenidən artım müşahidə olunub.

ABC.AZ verir ki, son 24 saat ərzində ölkə üzrə 3 768 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən 4 055 nəfər sağalıb. Bu gün virusdan 41 nəfərin ölməsi ilə bərabər ümumilikdə 894 nəfər həyatını itirib.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 96.860 nəfərə çatıb. Onlardan 77.932 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər