330x100
 

Müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq – 2 günlük

20.11.2020,17:02


20 noyabr, Fineko/abc.az. 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.