Bakıya yeni liftlər gətirildi – 240 ədəd

17:10 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Ötən il Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniyadan 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin ABC.AZ-a verilən məlumata görə, ötən ilki işlərin davamı olaraq 2020-ci ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilir.

Cari il üçün Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Wittur Holding GMBH şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakıya gətirilməsi nəzərdə tutulub.

Bir neçə gün əvvəl ilkin olaraq 240 ədəd yeni lift Bakı şəhərinə gətirilib.

 

Bütün xəbərlər