23 min 837 əmanətçiyə nə qədər kompensasiya ödənilib? - Məbləğ

11:22 - 23.11.2020


 23 noyabr, Fineko/abc.az. Noyabrın 20-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 837 əmanətçiyə 586,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 20-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 214,86 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4462 əmanətçiyə 95,52 milyon manat, "NBC Bank" üzrə isə 4089 əmanətçiyə 119,34 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 20-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 371,64 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5685 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,99 milyon manat, "Ata Bank" üzrə 9601 əmanətçiyə isə 233,64 milyon manat təşkil edib.

Bütün xəbərlər