Azərbaycana idxal olunan meyvə-tərəvəzin həcmi artıb - Hesabat

11:29 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında ölkəyə idxal edilən meyvə-tərəvəzin həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 275,6 min ton meyvə-tərəvəz idxal edilib. İdxal edilən meyvə-tərəvəzin dəyəri 158,8 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında 153,1 milyon dollarlıq 274 min ton meyvə-tərəvəz idxal edilib.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər