Azad olunmuş ərazilərdə Qarabağ regional ədliyyə idarəsi yaradılıb - Nazirdən açıqlama

14:11 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən  Qərargah yaradılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilmiş və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.

Bütün xəbərlər