330x100
 

Azərbaycan Seyran Ohanyanı axtarışa verdi - “İnterpol”a müraciət edilib

23.11.2020,14:13


23 noyabr, Fineko/abc.az. Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib.

ABC.AZ-ın məlumatına görə, artıq bununla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. 

Onun barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edilib. 

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.