330x100
 

Ermənistanda əsgər anaları etiraz edir - Onlar keçmiş Müdafiə nazirindən izahat istəyir

23.11.2020,14:36


  23 noyabr, Fineko/abc.az. Ermənistanda itkin düşmüş əsgər anaları etiraz aksiyası keçirir.

ABC.AZ-ın məlumatına görə, valideyinlər Müdafiə Nazirliyinin binasının qarşısında toplaşaraq keçmiş müdafiə naziri David Tonoyanın onlarla görüşməsini və suallara cavab verməsini tələb edirlər. Ermənistan parlamentinin deputatı Andranik Köçəryan etirazçıların qarşısına çıxaraq qaldırılan məsələlərin müzakirə ediləcəyini vəd edib.