Açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək qadağandır - DİN

15:17 - 23.11.2020


23 noyabr, Fineko/abc.az.  İnsanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz.

ABC.AZ xəbər verir ki, bu Daxili İşlər Nazirliyinin açıq havada maskanı çıxarıb siqaret çəkən şəxslərin cərimələnməsi ilə bağlı yayılan açıqlamada qeyd olunub.

“Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Vətəndaşlar yalnız məcburiyyət qarşısında qaldıqda bunlardan istifadə edə bilərlər. Su içdikdən, qida qəbul etdikdən sonra dərhal maska burun və ağzı bağlamaqla taxılmalıdır. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, parkda insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır” deyə DİN-dən bildirilib.

Bütün xəbərlər