Ötən ay ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb - Hesabat

15:26 - 23.11.2020


  23 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin 10 ayında ictimai iaşə xidmətləri barədə hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, oktyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 2 dəfə azalıb.

Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 605 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,4 faizi hüquqi şəxslərin, 53,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 278,8 milyon manat təşkil edib. Müəllif: Elmir Murad

Bütün xəbərlər