Qiymətli metal filizlərinin istehsalı da artıb - 5 faizə yaxın

15:48 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 6627,5 kiloqram olub.


ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbə verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artıb. Noyabrın 1-nə olan vəziyyətə əsasən, 418,9 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Bütün xəbərlər