Bakının “qara” valyuta bazarında dollar yenidən ucuzlaşdı

16.02.2018,10:49


16 fevral, Fineko/abc.az. Bu gün paytaxtın “qara” valyuta bazarında dolların qiyməti düşüb.

Amerika dollarının alışı 1,6950 manatdan 1,6900 manata, satışı  isə 1,6990 manatdan 1,6970 manata düşüb.

Avro da bu gün ucuzlaşıb. Avronun alışı 2,08 manatdan  2,07 manata, satışı isə 2,11 manatdan 2,10 manata düşüb. Başqa sözlə, avro 0,5% ucuzlaşıb.

Rublun alışı 0,0283 manatdan 0,0290 manata, satışı isə 0,0286 manatdan 0,0294 manata yüksəlib. Beləliklə, rubl manata nisbətdə  2,4%-2,7% sabitləşib.

 

Açar sözlər: Qara bazar dollar