330x100
 

Koronavirus bir gündə 29 can aldı - Yoluxanlar isə azaldı

23.11.2020,16:37


 23 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 29 nəfər “COVID-19”dan vəfat edib.