330x100
 

Azərbaycandakı Rusiya və Ukrayna vətəndaşları ölkələrinə qayıda biləcək

23.11.2020,16:56


23 noyabr, Fineko/abc.az. Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına  başlanacaq.

ABC.AZ xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumata görə, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.