Prezident Agentlik barədə Fərman verdi

17:02 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyətləri artırılıb.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.


Fərmana əsasən, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib. Belə ki, KOBİA normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək hüququna malik olub.

Bütün xəbərlər