330x100
 

Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı

24.11.2020,10:43


24 noyabr, Fineko/abc.az. Xüsusi karantin rejiminə əməl etməyən daha bir koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

ABC.AZ-ın məlumatına görə, Sabirabad rayon sakini 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun 11.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 23.11.2020-ci il tarixdə idarə etdiyi "QAZ-3110" markalı avtomobillə hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda saxlanılaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb.