Ölkədə evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var – Şöbə müdiri

11:50 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Hazırda Azərbaycanda evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var.

ABC.AZ-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova  virtual mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlardan 2 min 691 nəfər xəstəliyi yeni aşkarlanan şəxslərdir: “Bakı şəhərində 87 ambulator məntəqədən ibarət 41 “COVID-19” məntəqəsi var. Bununla yanaşı 814 çağrı mərkəzimiz fəaliyyət göstərir”.

 

Bütün xəbərlər