Polis Göygöldə reyd keçirib - Karantinə əməl etməyən taksi sarücüləri cərimələndi

14:24 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Göygöl rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə keçirilən reyd zamanı cərimələnənlər olub.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, reyd zamanı xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlər barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb.

Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.

 

Bütün xəbərlər