Doqquz ayda Azərbaycanın ən çox fındıq ixrac etdiyi ölkələr - Siyahı

14:48 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları ərzində Azərbaycanın 10 713,21 ton qabığı təmizlənmiş meşə fındığı ixrac etdiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, bu dövrdə Azərbaycandan fındıq ləpəsinin əsas idxalçıları Rusiya, İtaliya və Almaniya olub.

Hesabat dövründə ölkə Rusiyaya 33,734 mln. dollar dəyərində 5 675,83 ton təmizlənmiş fındıq ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,9%, həcm ifadəsində isə 30,4% azdır. İtaliya Azərbaycandan bu ilin doqquz ayında 14,855 mln. dəyərində 2 122 ton fındıq ləpəsi idxal edib ki, bu da müvafiq olaraq 44,3% və 52,2% azdır.

Almaniyaya gəldikdə, Azərbaycan sözügedən ölkəyə 7,897 mln. dollarlıq 1 100,45 ton ləpə tədarük edib, bu da illik müqayisədə müvafiq olaraq 30,9% və 43,1% azdır.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər