Bakıda 30, bölgələrdə karantin qaydalarını pozan 21 nəfərə cinayət işi açılıb

15:57 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq  sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

"Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci cinayət işi başlanıb”, - deyə qeyd olunub.

 

Bütün xəbərlər