AccessBank tender elan edir

17:02 - 24.11.2020


24 noyabr, Fineko/abc.az.  “AccessBank” maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Tender Bankın filiallarında video nəzarət sisteminin dəyişdirilməsi üçün elan olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər. 

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2020-ci il dekabr ayının 14-də saat 18:00-da başa çatır. 

 

Bütün xəbərlər