Azərbaycana ixrac etdikləri qəhvənin çoxluğuan görə ölkələrin sıralanması – Siyahı

17:35 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gətirilmiş qəhvənin həcmi barədə məlumat yayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə Türkiyə Azərbaycana 295,68 min dollarlıq 48,02 ton qəhvə tədarük edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,4%, həcm ifadəsində isə 29,8% çoxdur.

İtaliya Azərbaycana bu ilin doqquz ayında 461,96 min dollar dəyərində 36,85 ton qəhvə ixrac edib ki, bu da illik müvafiq olaraq 33,4% və 27,2% azdır.

Rusiyaya gəldikdə, bu ölkədən Azərbaycana 84,72 min dollarlıq 16,18 ton sözügedən məhsuldan gətirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,5% və 9% azalma deməkdir.

 

Bütün xəbərlər