Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var - İlham Əliyev

12:27 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Şuşaya yol Xocavənd rayonunun bir hissəsindən keçəcək.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı qeyd edib ki, bu şəhərlər, bu rayonlar yenidən dirçəldiləcək.

Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var deyən Prezident artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır: "Şuşaya yeni yolun çəkilişi artıq başlanıb. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik".

 

Bütün xəbərlər