Rusiya-Türkiyə-Azərbaycan bölgədə sülhü daim qoruyacaq – Ərdoğan

14:31 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi R.T.Ərdoğan noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

ABC.AZ xəbər verir ki, Ərdoğan danışığın detallarını açıqlayıb.

“Dünən hörmətli Putinlə ətraflı danışığımız oldu. Nə kimi addımlar ata biləcəyimiz barədə müzakirə apardıq. Rusiya- Türkiyə- Azərbaycan bölgədə sülhü daim qoruyacaq. Dəmir yolu və magistral nöqtədə qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesini idarə edə biləcəyik və azərbaycanlı qardaşlarımızın öz torpaqlarına qayıtmasına imkan verəcəyik. İlham Əliyev qardaşımla danışdım, atılan addımları dəyərləndirdik. Kəlbəcər dünən tamamilə boşaldıldı. Kəlbəcərdən keçmə imkanını azərbaycanlı qardaşlarımız tapmış oldu. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayır. Hər kəs meydandakı yeni reallığa uyğun münasibət qurmalıdır” deyə R.T.Ərdoğan qeyd edib.

 

Bütün xəbərlər