On ayda dəniz limanlarında bu qədər yükləmə-boşaltma işləri həyata keçirilib – Hesabat

15:14 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında dəniz limanlarında həyata keçirilən yükləmə-boşaltma işlərinin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə 7 milyon 212,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Bəhs olunan dövrdəki yüklərin 6 milyon 767,4 min tonunu və ya 93,8 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 199,3 min ton olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər